Ötən gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb

0

Ötən gün iki zəvvar təyyarəsi Azərbaycandan Həcc ziyarətinə yola düşüb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

“Birinci təyyarə ilə yola düşən zəvvarlar artıq Cöhfə miqatındadırlar. Orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar. İkinci zəvvar təyyarəsi isə indi yola düşdü. Onlar birinci təyyarədəki zəvvarlardan fərqli olaraq, Ciddədən birbaşa Məkkəyə gedəcəklər”,- Vüsal Cahangiri bildirib.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.

Apa

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TRABZON VƏ ŞUŞA ŞƏHƏRLƏRI QARDAŞLAŞACAQ

Türkiyənin Trabzon şəhəri ilə Azərbaycanın simvol şəhəri sayılan Şuşa qardaşlaşacaq. ‘Report" xəbər verir ki, bu barədə Trabzon Böyükşəhər Bələdiyyəsinin sədri...

Bağla