Türkiyə Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanacağına ümid edir

0

Türkiyə ötən gün Ermənistanda keçirilmiş parlament seçkilərindən sonra Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün şəraitin yaradılacağına ümid etdiyini bildirib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XIN) bəyanatında bildirilib.

Ankarada səsvermənin yekunlarını alqışlayıb və onun nəticələrinin erməni xalqının rifahına xidmət etməsini arzulayıblar.

“Ümid edirik ki, seçkidən sonrakı dövrdə Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasını mümkün edəcək şərait yaradılacaq”, – Türkiyə XİN-dən vurğulanıb.

Həmçinin qeyd edilib ki, Türkiyə Cənubi Qafqaz dövlətlərinin ümumi maraqları əsasında regionda sabitliyin təmin olunması prosesini dəstəkləməyə davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbul Bəyannaməsi imzalayıblar

Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirləri - Hakan Fidan, Maka Botçorişvili və Ceyhun Bayramov İstanbul Bəyannaməsi imzalayıblar. Bu barədə...

Bağla