Türkiyə XİN: Seçkidən sonrakı dövrdə Ermənistanın sülhlə bağlı daha cəsarətli addımlar atacağına ümid edirik

0

Rəsmi Ankara seçkidən sonrakı dövrdə Ermənistanın regionda sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacağına ümid edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) iyunun 7-də Ermənistanda keçirilmiş parlament seçkiləri haqqında yaydığı bəyanatda qeyd olunub.

XİN Türkiyənin seçkilərin sülh və əmin-amanlıq şəraitində başa çatmasından məmnunluq duyduğunu bildirib.

“Seçkidən sonrakı dövrdə Ermənistanın regionda sülh və normallaşma istiqamətində daha cəsarətli addımlar atacağına ümid edirik”, – bəyanatda vurğulanıb.

Qeyd olunub ki, Türkiyə bundan sonra da bölgə ölkələrinin müştərək maraqları əsasında regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-nin emalının yekunlarına əsasən, baş nazir Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyası seçicilərin 49,83 % səsini toplayıb.

İkinci yeri iş adamı Samvel Karapetyanla əlaqəli olan və 23,28 % səs toplayan “Güclü Ermənistan” Partiyası tutub. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 9,93 % səs alıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində əməkdaşlıq müzakirə olunub

Türk Dövlətləri Təşkilatı Təhsil Nazirlərinin 9-cu görüşü çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri...

Bağla