Hindistanlı milyonçu oğlunu İslamı qəbul etdiyinə görə polisə şikayət etdi

0

Hindistanlı milyonçu əczaçılıq maqnatı Devraj Malik oğlu Ayuş Malikin İslamı qəbul etdiyinə görə polisə şikayət etdi.

Devraj Malik iddia etdi ki, oğlu gəlini və qayınatası tərəfindən əmlaklarını ələ keçirmək üçün tələyə salınıb və dinlərini dəyişməyə məcbur edilib. Atasının şikayətindən sonra Malikin həyat yoldaşı Çandni Qureşi və qayınatası İslam Qureşi həbs edilib. İslamı qəbul etdikdən sonra “Məhəmməd Əli” adını götürən Malik atasının əmlakı ilə maraqlanmadığını və onu bacı-qardaşlarına buraxmasını istədiyini bildirib.

Ayuş dedi:

“Məni heç bir şəkildə məcbur etmədilər və ya aldatmadılar. Uşaqlıqdan bəri İslam haqqında məlumatlıyam. İslamı ürəyimdən gəldiyi üçün qəbul etdim. İndi müsəlmanam, Əlhəmdulillah.”

tvnet

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
“Məhəmməd İrəvani” təqaüd proqramı üzrə müsabiqə qalibləri mükafatlandırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri üçün...

Bağla