BƏZİ ÇAYLARDA SEL KEÇMƏSİ BARƏDƏ XƏBƏRDARLIQ OLUNUB

0

Azərbaycanın rayonlarında iyunun 12-dən 17-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bəzi rayonlara leysan yağır

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti davam edir, arabir şimşək çaxır, leysan xarakterli yağış yağır. Bu barədə...

Bağla