Türkiyə Tekirdağ vilayətindəki kimya zavodunda partlayış baş verib.
Hadisə vilayətin Ergene rayonundakı Velimeşe Mütəşəkkil Sənaye Bölgəsində fəaliyyət göstərən kimya zavodunun istehsal hissəsində kimyəvi maddələrlə dolu reaktor çənindəki sızma səbəbindən baş verib.
Hadisədə 4 işçi yaralanıb, onlardan biri ağır vəziyyətdədir. Məlumatdan sonra jandarma, səhiyyə, yanğın, AFAD və Kimya, Bioloji, Radioloji və Nüvə (KBRN) qrupları fabrikə göndərilib.
Yaralılar müalicə üçün Çorlu Dövlət Xəstəxanasına aparılıb. Bu vaxt xüsusi qoruyucu geyimli qruplar xəstəxananın KBRN Dezinfeksiya Bölməsinin girişini mühasirəyə alaraq tədbir görüblər. Vəziyyəti ağır olan yaralılardan biri İstanbula köçürülüb. Jandarma fabrikdəki partlayışla bağlı araşdırma başlatdı. AFAD qrupları kimyəvi sızma ilə bağlı müəssisədə araşdırma da aparıb.



