Müsəlmanların qibləgahı olan, müqəddəs Kəbənin örtüyü dəyiödirilib.
Səudiyyə Ərəbistanındakı Məscidül-Həram və Peyğəmbər Məscidi İşləri Baş İdarəsindən verilən məlumata görə, İslamın ən müqəddəs yeri olan Kəbənin örtüyü (Kisva) 1448-ci hicri ilinin Məhərrəm ayının ilk günü yenilənib.
Rəsmi məlumatlara görə, Kisvanın istehsalında 825 kiloqram təbii ipək, xarici örtük üçün 47 rulon qara ipək və daxili astar üçün 400 kiloqram xam pambıqdan istifadə olunub. Quran ayələrinin və İslam motivlərinin tikilməsində 60 kiloqram təmiz gümüş və 120 kiloqram qızıl örtüklü gümüşdən istifadə olunub.
Qeyd edilib ki, bu materiallar dəyişən iqlim şəraitinə qarşı davamlılığını ölçmək üçün kompleksin laboratoriyalarında ciddi sınaqlardan keçirilib.



