MƏHƏRRƏM AYI BAŞLAYIB

0

Bu gündən – iyunun 16-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.

İslam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri-qəməri təqvimin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.

Məhərrəm ayının ən önəmli günü hesab edilən Aşura günü isə 25 iyuna təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm – İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.

Qeyd edək ki, 2026-ci ildə Məhərrəm ayı iyulun 14-də başa çatacaq.

 

Report

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Burhanettin Duran: Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağı güclənməkdədir

Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran Milli Qurtuluş Günü ilə bağlı Azərbaycana təbrik ünvanlayıb. "Report" xəbər verir ki,...

Bağla