“Hər məsciddə kitabxana” layihəsi davam etdirilir

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun “Hər məsciddə kitabxana” layihəsi 2026-cı ildə də davam etdirilir. Cari ildə ölkənin müxtəlif bölgələrini əhatə etməklə 220 məscidin kitabxana ilə təmin olunması nəzərdə tutulur.

İlk mərhələdə respublikanın Quba-Xaçmaz bölgəsini əhatə edən Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında yerləşən bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub.

Qeyd edək ki, 2025-ci ildən başladılan təşəbbüsün əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında mütaliə mədəniyyətinin inkişaf etdirilməsi, eyni zamanda məscidlərin yalnız ibadət yeri deyil, həm də ictimai-mədəni mərkəz kimi fəaliyyət göstərməsinə töhfə verməkdir. Ötən il 250 dini ibadətgahı əhatə edən layihə çərçivəsində 109 şəhər, 54 qəsəbə və 87 kənd məscidinə kitablar təqdim olunub. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb.

2026-cı ildə ilk mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:

Şabran rayonu Əmirxanlı kənd məscidi                        

Şabran rayonu Aygünlü kənd məscidi

Quba rayonu Qacar Zeyid kənd məscidi

Quba rayonu Təngəaltı kəndi “Seyidlər” məscidi

Quba rayonu Ağbil kənd məscidi

Quba rayonu Dəlləkli kənd məscidi

Quba rayonu Xucbala kənd məscidi

Qusar rayonu Avaran kənd məscidi

Qusar rayonu Balaqusar kənd məscidi

Qusar rayonu Hil kənd məscidi

Qusar rayonu Mucuqoba kənd məscidi

Xaçmaz rayonu Çinartala kənd məscidi

Xaçmaz rayonu Mürşüdoba kənd məscidi

Xaçmaz rayonu Müşkür kənd məscidi

Xaçmaz şəhəri “Pirkənd” məscidi

Xaçmaz rayonu Qaraqurdlu kənd məscidi

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
NATO-nun Ankara Sammitinin yekun bəyannaməsi qəbul olunub

NATO-nun Ankara Sammitinin yekun bəyannaməsi qəbul olunub. "Report"un Avropa bürosunun məlumatına görə, müttəfiqlər ümumi dəyəri 50 milyard ABŞ dollarını aşan...

Bağla