Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirilib

0

Şimali Kiprin Prezidenti Tufan Erhürman xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

“Paytaxt Lefkoşadakı keçmiş prezidentlik binasında keçirilən tədbirdə halı pisləşən Erhürman təcili tibbi yardım maşını ilə Dr. Burhan Nalbantoğlu Dövlət Xəstəxanasının Kardiologiya Şöbəsinə aparılaraq müalicə altına alınıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, Prezident Tufan Erhürmanın qan təzyiqinin düşməsi ilə əlaqədar halı pisləşib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yaşar Gülər: Türkiyənin beynəlxalq nüfuzu və təsir gücü daha da artır

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Milli Müdafiə Universitetində keçirilən məzunların buraxılış mərasimində çıxışı zamanı ölkəsinin beynəlxalq nüfuzunun və təsir...

Bağla