Sülhə nail olmaq üçün BMT TŞ-nin qətnamələrinin həyata keçirilməsini tələb edirik

0

Asiyada etimad tədbirlərinin gücləndirilməsinə olan ehtiyac artmaqdadır.

“Report“ xəbər verir ki, bunu Fələstinin xarici işlər və diaspor naziri Varsen Aqabekyan Şahin Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, Fələstin AQEM-in inkişafını yüksək tutur:

“Asiyada etimad tədbirlərinin gücləndirilməsinə olan ehtiyac artmaqdadır və beynəlxalq hüquqa hörmətin olmaması, insan hüquqlarının pozulması və humanitar fəlakətlərin qarşısının alınmasına böyük ehtiyac var, amma bu məsələyə çox selektiv yanaşılır”.

Nazir vurğulayıb ki, Fələstin mövcud münaqişə çərçivəsində sülhə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsini tələb edir.

“Bu təşkilatın prinsiplərinin real addımlara keçməsini və bu qətnamələrin yerinə yetirilməsi, insanların hüquqlarının bərpa olunması, torpaqlarının geri qaytarılması beynəlxalq hüquq tərəfindən görülməlidir. Bütün təşkilata üzv dövlətləri ilə suverenlik və münaqişələrin sülh yolu ilə həllinə inanan bütün ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır. Bu barədə Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı...

Bağla