Prezident: 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsi – böyük məsuliyyətdir

0

2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin Azərbaycanda keçirilməsi ölkə üçün böyük məsuliyyətdir.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib.

Prezidentin sözlərinə görə, Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin lehinə ardıcıl olaraq çıxış edib.

“Azərbaycanda keçirilən çoxsaylı tədbirlər, eləcə də irəli sürdüyümüz təşəbbüslər məhz (təşkilat çərçivəsində – red.) həmrəyliyin, qarşılıqlı anlaşmanın və birliyin möhkəmləndirilməsinə yönəlib”, – dövlət başçısı bildirib.

İlham Əliyev həmçinin təəssüflə bildirib ki, bu gün müsəlman ölkələri arasında lazımi birlik yoxdur, bunun əvəzinə gərginliyin səviyyəsi artır, qarşılıqlı ittihamlar səslənir və dünyanın müxtəlif yerlərində, təkcə Yaxın Şərqdə və Fars körfəzi regionunda getməyən müharibələr baş verir.

“Bu, dərin məyusluq doğurur, çünki İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəylik, mənim fikrimcə, təhlükəsizliyin və sabitliyin təmin edilməsinin əsas amillərindən biridir. Həmrəylik və qarşılıqlı anlaşma nə qədər çox olarsa, çətinliklər bir o qədər az olar”, – o bildirib.

Bununla yanaşı, Prezident qeyd edib ki, Azərbaycanın rolu həmişə yüksək qiymətləndirilib. Onun sözlərinə görə, müxtəlif dövrlərdə və müxtəlif tərəflərlə qarşılıqlı əlaqələrdə Azərbaycan mühüm, konstruktiv, konkret nəticələrin əldə edilməsinə və gərginliyin azaldılmasına yönəlmiş rol oynayıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edir 

Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir....

Bağla