BAKIDA GÜCLÜ KÜLƏK ƏSƏCƏYİ BARƏDƏ XƏBƏRDARLIQ EDİLİB

0

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə iyulun 15-16-da külək güclənəcək.

Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad, Culfada isə sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
QMİ sədri Afrika qitəsində ilk dəfə təşkil olunan sülh dialoqunda iştirak edəcək

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Anqolaya səfərə yola düşür. Bu barədə QMİ-nin Mətbuat Xidmətindən bildirilib....

Bağla