Azərbaycan dini icmalar arasında sülh şəraitində birgəyaşayışı təşviq edir

0

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Amerika Dini Azadlıq Mərkəzində olub və Bakının müxtəlif dini, etnik icmalar arasında sülh şəraitində birgəyaşayış üzrə uzunmüddətli ənənələrini və ölkənin dinlərarası harmoniyanı təşviq etməyə sadiqliyini vurğulayıb.

“Report“ xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyinin “X” sosial şəbəkə hesabında məlumat paylaşılıb.

“Xəzər İbrahim Amerika Dini Azadlıq Mərkəzi tərəfindən Arizonada təşkil edilən inanc və icma liderlərinin toplantısında iştirak edib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, görüş dinlərarası dialoq, dini harmoniya, multikulturalizm və Azərbaycan ilə Birləşmiş Ştatlar arasında qarşılıqlı anlaşma, əməkdaşlığın gücləndirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparmaq üçün imkan yaradıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Füzulidə məscidin açılışı 2026-cı ilin sonu, 2027-ci ilin əvvəlinə planlaşdırılır

Türkmənistanın Füzuli şəhərində inşa etdiyi məscidin açılışının 2026-cı ilin sonunda və ya 2027-ci ilin əvvəlində keçirilməsi planlaşdırılır. "Report" xəbər verir...

Bağla