Türkiyə səfiri Prezident İlham Əliyevə minnətdarlığını bildirib

0

15 iyul 2026-cı ildə baş verən xain addımın məqsədi Türkiyəni xaosa sürükləmək idi.

“Report” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, FETÖ tərəfindən həyata keçirilən bu cəhdin qarşısı türk xalqı tərəfindən rədaşətlə alınıb.

“Dövlət çevrilişi cəhdini ilk andan etibarən qınayan və Türkiyənin yanında olan Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarıq. Bu prosesdə bir daha “Bir millət, iki dövlət” prinsipi nümayiş etdirildi”.

Səfir deyib ki, Türkiyə dövlət və millət birliyi ilə FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək.

Səfir çıxışın yekunda 15 iyul gecəsində həlak olanların xatirəsini əbədi unudulmaycağını deyib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
İlham Əliyev Ərdoğana 15 iyul münasibətilə məktub ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana Demokratiya və Milli Birlik Günü münasibətilə məktub ünvanlayıb. "Hörmətli cənab Prezident,...

Bağla