İrlandiyada məscidə hücum edilib

0

İrlandiyanın paytaxtı Dublində Türkiyə Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Sultan Məcid məscidinə hücum edilib.

“TRT Haber” xəbər verir ki, hadisə cümə namazı zamanı baş verib.

Məlumata görə, məscidə daxil olmağa çalışan ifrat sağçı radikal mühafizəçiyə yumruqla zərbə endirib.

Hücum edən şəxslər hadisəni mobil telefonla lentə alıb və daha sonra görüntüləri sosial şəbəkələrdə yayıblar. Məscidin mühafizəçilərinin və yaxınlıqda olan insanların müdaxiləsi nəticəsində vəziyyətin daha da gərginləşməsinin qarşısı alınıb.

Zərərçəkənlər hücum edən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi üçün müvafiq qurumlara müraciət ediblər.

(oxu.az)

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyulun 27-si və 28-də ölkə ərazisində güclü külək əsəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi...

Bağla