Azərbaycan ilə Özbəkistanın prezidentləri Buxaradakı “Poyi-Kalon” kompleksi ilə tanış olublar

0

aAzərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri avqustun 24-də Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

Bu barədə “Report”un Özbəkistana ezam olunan əməkdaşı xəbər verir.

Qeyd edək ki, bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni – Mir-i Ərəb tərəfindən inşa etdirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Daşkənddə Beynəlxalq İslam sivilizasiyası mediaforumu işə başlayıb

Daşkənddə "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" adlı beynəlxalq mediaforum başlayıb. "Report"un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə,...

Bağla