Daşkənddə Beynəlxalq İslam sivilizasiyası mediaforumu işə başlayıb

0

Daşkənddə “İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər” adlı beynəlxalq mediaforum başlayıb.

“Report”un Daşkəndə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, mediaforum beynəlxalq və milli kütləvi informasiya vasitələrinin nümayəndələrini, jurnalistləri, ekspertləri, alimləri və kommunikasiya sahəsinin mütəxəssislərini bir araya gətirib.

Tədbir beynəlxalq mediaforuma və onun əsas məqsədlərinə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.

Forum çərçivəsində iştirakçılar müasir medianın İslam sivilizasiyasının işıqlandırılmasında rolunu, tarixi və mədəni irsin qorunub saxlanılması məsələlərini, eləcə də informasiya məkanında İslam dünyasının nailiyyətlərinin təqdim edilməsi ilə bağlı yeni yanaşmaları müzakirə edəcəklər.

Forumun proqramında həmçinin beynəlxalq və milli ekspertlərin çıxışları, panel müzakirələri və ustad dərslərinin təşkili də nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÖVLUDUN TARİXİ

“Mövlud” Həzrət Peyğəmbərin (s.ə.s) doğulduğu ildönümü ilə bağlı məclisin və ya məclisdə oxunmaq üçün yazılmış mənzum əsərin adıdır. Mövlud ənənəsinin...

Bağla