Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir

0

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri Türkiyənin Milli Müdafiə Universitetinin Quru Qoşunları, Hərbi Dənizçilik və Hərbi Təyyarəçilik məktəblərinin buraxılış mərasiminə qatılıb.

Tədbirə qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxışında məzunları təbrik edib.

Sonra plana uyğun olaraq məzunlara diplomlar təqdim olunub.

Qeyd edək ki, hərbi məktəbləri müvəffəqiyyətlə bitirən azərbaycanlı məzunlara diplomları Z. Həsənov təqdim edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Şimali Kiprdə 260 nəfəri daşıyan sərnişin gəmisi batıb – ölənlər var

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb. Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayan gəminin 19 sərnişinin...

Bağla