Şimali Kiprdə 260 nəfəri daşıyan sərnişin gəmisi batıb – ölənlər var

0

Şimali Kiprin Girnə şəhəri yaxınlığında 260 nəfəri daşıyan sərnişin gəmisi batıb.

Şimali Kiprin Girnə sahillərində qəzaya uğrayan gəminin 19 sərnişinin axtarışları davam edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “X” sosial şəbəkə hesabında bildirib.

“240 nəfər xilas edilib, 8 nəfər ölüb və 19 sərnişin üçün axtarış-xilasetmə işləri davam etdirilir”, nazir qeyd edib.

Onun sözlərinə görə, Sahil Mühafizə Komandanlığı tərəfindən bölgədə 5 üzən vasitə və 2 helikopter ilə axtarış-xilasetmə işləri həyata keçirilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda leysan yağacaq, rayonlara dolu düşəcək, dağ çaylarından sel keçəcək

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında avqustun 30-u axşamdan sentyabrın 1-i səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə...

Bağla