“Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda konfrans keçiriləcək

0

9-10 sentyabr tarixlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ağdaş rayonunda “Məzhəb ayrı-seçkiliyi: həmrəyliyə təhdid kimi” mövzusunda regional konfrans keçiriləcək.

Tədbirdə Dövlət Komitəsinin, Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrlərinin iştirakı planlaşdırılır.

Konfransın məqsədi cəmiyyətdə məzhəb ayrı-seçkiliyi və məzhəbçilik zəminində radikallaşma risklərinə qarşı mübarizə yollarının müzakirəsi, Azərbaycanın tarixi birgəyaşayış ənənələrinin, sülh və harmoniya mühitinin təbliği, həmçinin milli-mənəvi həmrəyliyin daha da möhkəmləndirilməsinə dair fikir mübadiləsinin aparılmasıdır.

Tədbir çərçivəsində “Azərbaycan birgəyaşayış nümunəsi kimi: tarixi ənənələr və müasir çağırışlar” və “Məzhəbçilik zəminində radikallaşma: risklər və mübarizə yolları” mövzuları üzrə panel müzakirələrin təşkili, eyni zamanda din xadimləri üçün təlimin keçirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ALTINCI CÜZÜN XÜLASƏSİ

Altıncı cüz Nisa surəsinin 147–176-cı ayələri ilə başlayır və Maidə surəsinin 82-ci ayəsinə qədər davam edir. Bu cüzdə əsasən Əhli-Kitabın...

Bağla