Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Aİİ-da olublar

0

Azərbaycan İlahiyyat İnstitunda Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” adlı tədbir keçirilib.

Tədbirdə İnstitun rektoru Aqil Şirinov qonaqlara təhsil ocağı haqqında məlumat verib.

Onun sözlərinə görə, institut tələbələri və məzunları Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasında və təbliğində peşəkar fəaliyyət göstərməyə çalışırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə Qarabağ Zəfərini xatırladaraq vurğulayıb ki, bu, təkcə torpaq və ərazi bütövlüyü məsələsi deyil, həm də dünya azərbaycanlılarının milli qürur məsələsidir:

“44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində yeni mərhələ yaradıb. Biz bu müharibədə, 44 günlük savaşda təkcə torpaqlarımızı azad etməmişik, təkcə ərazi bütövlüyümüzü təmin etməmişik. Həm də bizim namusumuza, mənliyimizə, şərəfimizə uzanmış əli kəsib atmışıq, alnımızdakı ləkəni silmişik. Əslində, bu, yeni bir miladdır, yeni bir doğuluşdur”.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov, Bakı İlahiyyat Kollecinin direktoru Mehman İsmayılov və şəhid ailələri çıxış ediblər. Onlar din xadimlərinin səfərinin milli-mənəvi dəyərlərin qorunması, xaricdə yaşayan soydaşların tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli olacağına inandıqlarını söyləyiblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib

Prezident İlham Əliyev Əziz Səncəri "Şöhrət" ordeni ilə təltif edib. Bu barədə Prezident Sərəncam imzalayıb. Ə. Səncər ordenlə Azərbaycan Respublikasının...

Bağla