Ata və oğul 20 ay fərqlə Məkkədə vəfat etdi

0

Türkiyənin Antalya şəhərindən ümrə ziyarətinə gedən 68 yaşlı Ali Gökmen oğlunun ölümündən təxminən 20 ay sonra Məkkədə vəfat edib.

Yerli mətbuat xəbər verir ki, Antalyanın Döşemealtı rayonunda yaşayan Ali Gökmen 2025-ci il fevralın 18-də oğlu Turan Gökmenlə birlikdə ümrə ziyarətinə yollanıb. Ziyarət zamanı halı pisləşən Turan Gökmen vəfat edib və atasının iştirakı ilə Səudiyyə Ərəbistanının Məkkə şəhərində dəfn olunub.

Oğlunun dəfnindən sonra Türkiyəyə qayıdan Ali Gökmen bu il yenidən ümrə ziyarətinə gedib. O, oktyabrın 22-də oğlunun Məkkədəki məzarını ziyarət edərkən halı pisləşərək vəfat edib.

Məlumata görə, Ali Gökmen bu gün Məkkədə dəfn olunacaq. / Ölkə.az/

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Dövlət Bağçalı Azərbaycan səfirini qəbul edib

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanovu qəbul edib. "Report" xəbər verir ki, görüş...

Bağla