Yağış yağır, külək əsir, dolu düşüb

0

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Yağıntılar ayı-ayrı yerlərdə leysan xarakterlidir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Tərtərdə, eləcə də Bakıda və Abşeron yarımadasında 25, Zaqatalada 23, Neftçala, Göyçay, Salyanda 20, Şəki, Zərdabda 18, Şirvanda 17, Yevlax, Şahdağ, Göygöldə 15 m/s-yə çatır.

Ötən gün saat 16:05-16:12 radələrində Şahdağa diametri 3 mm, saat 16:15-16:19 radələrində isə Şamaxı rayonu Çuxuryurd və Məlhəm kəndləri ərazisinə diametri 0.5 mm olan dolu düşüb.

Gəncə, Balakən, Bərdə, Qrız, Quba, Şamaxı, Şirvan, Zaqatalada yağış yağır, şimşək çaxır.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Türkiyə, Gürcüstan və İraqın azərbaycanlı din xadimləri Aİİ-da olublar

Azərbaycan İlahiyyat İnstitunda Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyətinin iştirakı ilə "Zəfərin yolu: Qələbənin...

Bağla