Dini Komitə xaricdəki azərbaycanlıların dini-mənəvi ehtiyaclarına dəstəyi gücləndirib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Vətən müharibəsindən sonra xaricdə yaşayan azərbaycanlıların dini-mənəvi ehtiyaclarının ödənilməsi üçün fəaliyyətini daha da gücləndirib.

Bunu “Report”un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O, bu istiqamətdə görülən işlərdən danışaraq qeyd edib ki, proses bundan sonra da davam etdiriləcək:

“Proses çərçivəsində qardaş Türkiyədə, Gürcüstanda yaşayan, din sahəsində fəaliyyət göstərən soydaşlarımızın işğaldan azad edilmiş ərazilərə səfərlərini təşkil edirik”.

Qurum rəsmisi qeyd edib ki, budəfəki səfərdə İraqda yaşayan azərbaycanlılar da iştirak edirlər:

“Bu gün burada olmaq və gələn qonaqlarımızın məscidləri ziyarət edərkən keçirdikləri hissləri, o göz yaşlarını görmək çox duyğuludur. Bu anlar həm də şəhidlərimizin ruhunun necə şad olmasını göstərir”.

G.İsmayılov tədbirin adının təsadüfi seçilmədiyini də vurğulayıb.

“Zəfər yolu: Qələbənin izi ilə” şüarı təsadüfi seçilən ad deyil. Bu, əslində, 50 milyonluq Azərbaycan xalqının zəfərinin yoludur”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Kərküklü din xadimi: Bu gün Azərbaycan çox güclü dövlətdir

Hazırda Azərbaycan çox güclü dövlətdir. Bunu "Report"un Şuşaya ezam olunan əməkdaşına açıqlamasında Kərkükdən gələn azərbaycanlı din xadimi Yəhya Qahtan Mahmud deyib....

Bağla