Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır

0

Qarabağ və Şərqi Zəngəzur torpaqları hazırda əsl dirçəliş yaşayır.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün bizim diplomatik korpusla birlikdə Qarabağa 22-ci birgə səfərimizdir. Son altı ildə biz Qarabağın və Şərqi Zəngəzurun gözümüzün önündə baş verən möhtəşəm və nümunəvi dəyişikliklərin şahidi olmuşuq. Hazırda bu torpaqlar əsl dirçəliş dövrünü yaşayır. Hər səfərdə biz bərpa və inkişafda yeni nailiyyətləri, eləcə də bu torpaqlara həyatın qayıtdığını görürük”, – H.Hacıyev yazıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TDT ölkələri arasında cinayətkarlıqla mübarizə üzrə məlumat mübadiləsi genişləndirilir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr cinayət təqibindən gizlənən şəxslərin axtarışı üzrə birgə işi gücləndirəcək. "Report" Qazaxıstanın Daxili İşlər Nazirliyinə istinadən...

Bağla