Bu gün Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işiinə başlayıb.
“Report” xəbər verir ki, forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpa olunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və Forumun protokolunun imzalanması nəzərdə tutulur.
Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb.
Xatırladaq ki, ilk Forum 2021-ci il dekabrın 21-22-də Bakı, 2-ci Forum 2022-ci il oktyabrın 5-6-da İstanbulda, 3-cü Forum 2023-cü il sentyabrın 28-29-da Naxçıvanda, 4-cü Forum isə 2025-ci il sentyabrın 4-də İzmir keçirilib.



