Türkiyə və Özbəkistan hərbçiləri Azərbaycanın zəfəri barədə məlumatlandırılıb

0

27 Sentyabr – Anım Günü münasibətilə “Birliyin Gücü – 2026” birgə hərbi təlimində iştirak edən ölkələrin hərbi qulluqçuları üçün mədəni-kütləvi tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində qonaqlar üçün Qarabağ iqtisadi rayonu və Naxçıvan şəhərində ekskursiyalar təşkil olunub.

Türkiyə və Özbəkistandan olan hərbi qulluqçulara xalqımızın Vətən müharibəsində qazandığı şanlı Zəfər, igid övladlarımızın göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri barədə məlumat verilib.

Ölkəmizin gəzməli-görməli yerlərində olan, həmçinin tarixi-diyarşünaslıq muzey və abidələrini ziyarət edən qonaqlar xalqımızın zəngin keçmişi və milli-mədəni dəyərləri ilə yaxından tanış olublar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanın gənclər və könüllü təşkilatları beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Azərbaycanın gənclər və könüllü təşkilatları 44 günlük Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara bəyanat ünvanlayıblar. 27 Sentyabr -...

Bağla