Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir

0

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir.

“Report” xəbər verir ki, Bakıda, VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX-2026) çərçivəsində baş tutan tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan təmsil olunur.

İclasda müdafiə sənayesi sahəsində tərəfdaşlığın önəmindən danışılacaq, hərbi-texniki sahədə əməkdaşlıq istiqamətləri müzakirə ediləcək.

Qeyd edək ki, TDT-yə üzv olan ölkələrin müdafiə sənayesi qurumlarının rəhbərlərinin birinci iclası ötən il İstanbul şəhərində “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan ADEX-2026-da “MIZRAK” kamikadze dronunun tədarükünə dair saziş imzalayıb

Azərbaycan ADEX-2026 sərgisində Türkiyənin "Baykar" şirkəti ilə uzaqmənzilli MIZRAK kamikadze dronunun tədarükünə dair saziş imzalayıb və bu modelin ilk xarici...

Bağla