Kəlbəcərə sulu qar yağıb

0

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşamdan bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 2-si saat 9:00-a olan məlumatında bildirilib.

Bildirilib ki, gecə saatlarında Kəlbəcərin yüksək dağlıq ərazilərinə sulu qar yağıb.

Düşən yağıntının miqdarı Balakəndə 46, Zaqatalada 26, Sarıbaşda (Qax) 16, Şəkidə 12, Tovuzda 7, Lerikdə 6, Gədəbəy, Ordubad, Şahbuzda 5, Culfada 4, Oğuz, Qusar, Daşkəsəndə 3, Şərur, Sədərək, Quba, Şahdağda 2, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Şabran, Naftalan, Naxçıvan, Göygöl, Şəmkir, Goranboy, Ağstafa, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlı, Lənkəranda 1 mm-dir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gündən...

Bağla