HAKAN FİDAN BAKIYA GƏLƏCƏK

0

Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər Konfransının (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının yeddinci iclasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

“Report”un Türkiyə bürosu xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, H.Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulub.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda 28, rayonlarda 29 dərəcə isti olacaq

Azərbaycanda oktyabrın 15-də 29 dərəcə isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin...

Bağla