Bakıda və Abşeronda hava iki gün tozlu olacaq

0

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdarı normadan 2.2 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə, müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, cənub-şərq istiqamətli hava axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

Vurğulanıb ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcəyi gözlənilir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan və Türkiyənin qardaşlığına xələl gətirəcək hər cür hərəkətin qarşısı alınmalıdır

Başda Azərbaycan olmaqla, Türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinə və könül bağlarına xələl gətirəcək heç bir nifaq toxumunun aramıza səpilməsinə...

Bağla