DYP PİYADALARI XƏBƏRDARLIQ EDİB

0

Baş Dövlət Yol Polisi İdarəsi piyadaları azyaşlılarla hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, piyadaların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin təhlili bu qəbildən olan qəzaların əksəriyyətinin piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verdiyini göstərir:

“Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək, onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon, qulaqlıq və digər bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib

Azərbaycan BMT Baş Assambleyasının Üçüncü Komitəsində din və əqidə azadlığı üzrə xüsusi məruzəçinin hesabatına etiraz edib. "Report" xəbər verir ki,...

Bağla