Türkiyənin Antalya şəhərində noyabrın 9-da COP31-ə (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı) rəsmi start verilir.
“Report”un Türkiyə bürosunun məlumatına görə, tədbirdə Azərbaycandan geniş nümayəndə heyətinin iştirakı planlaşdırılır.
Ənənəvi olaraq COP “Mavi Zonada” Azərbaycan pavilyonu da qurulub. Qeyd olunub ki, pavilyonda keçiriləcək tədbirlərin siyahısı mütəmadi yenilənəcək.



