FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq

0

Fövqəladə Hallar Nazirliyi Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, bayramlarla əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, insanların daha çox toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil olunması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Bu barədə İdarədən məlumat verilib. Müraciətdə bildirilib:...

Bağla