Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

0

Hazırda Bakı ərazisində yağışlı hava şəraiti müşahidə olunur ki, belə hava hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.

Bu barədə Bakı Şəhər DYP İdarəsinin yağışlı hava ilə bağlı sürücülərə müraciətində qeyd edilib.

Bildirilib ki, yağış və çiskin zamanı yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edir.

“Bakı Şəhər DYP İdarəsi bir daha xatırladır ki, belə hava şəraitində hərəkət zamanı xüsusilə ehtiyatlı olmaq, sürət həddini minimuma endirmək, ara məsafəsini normadan artıq saxlamaq, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirmək vacibdir” – deyə, məlumatda vurğulanıb.

Qeyd edilib ki, eyni zamanda, əlverişsiz hava şəraiti piyadalar üçün də əlavə çətinliklər yaradır:

“Yağışlı havada yol səthinin sürüşkən olması, eləcə də sürücülərin görmə imkanlarının azalması səbəbindən piyadalar hərəkət zamanı daha diqqətli olmalı, səki ilə hərəkət etməli, yolu yalnız piyada keçidlərindən keçməli və açıq rəngli, asan görünən geyimlərə üstünlük verməlidirlər. Yolu keçərkən diqqətli olmalı, avtomobilin olmadığından və ya bütün zolaqlar üzrə nəqliyyat vasitələrinin tam dayandığından əmin olduqdan sonra yolu keçməlidirlər”.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: "Cənab Prezident, əziz...

Bağla