Doqquzuncu cüz Əraf surəsinin 88-ci ayəsindən başlayır, 206-cı ayə ilə tamamlanır və Ənfal surəsinin 40-cı ayəsinə qədər davam edir. Bu cüzdə iman, peyğəmbərlərin mübarizəsi, axirət və savaşla bağlı hökmlər yer alır.
Əraf surəsində Şüeyb peyğəmbərin qövmünə etdiyi nəsihətlər, peyğəmbər göndərilən qövmlərin əksəriyyətinin iman etmədiyi (94–102), Musa peyğəmbərin Firon və sehrbazlarla mübarizəsi, Tur dağının qaldırılması, İsrailoğullarının itaətsizliyi və şənbə günü qadağasına qarşı çıxmaları (103–174) izah olunur. 175–176-cı ayələrdə Belam adlı şəxsin Allahın ayələrindən üz döndərməsi və şeytanın onu azdırması qeyd edilir.
187-ci ayədə qiyamətin vaxtının yalnız Allah tərəfindən bilindiyi vurğulanır. 189–190-cı ayələrdə isə sağlam övlad üçün dua edib, sonra verdikləri sözü tutmayan bir ailədən bəhs edilir. 204-cü ayədə Quran oxunduqda onu dinləməyin vacibliyi, 206-cı ayədə isə mələklərin ibadətdə təvazökar olduqları bildirilir.
Ənfal surəsi Bedir döyüşündən sonra nazil olmuşdur. Surənin əsas mövzusu döyüş, ganimətlərin bölüşdürülməsi, müharibə zamanı davranış qaydaları və müminlər arasında birlikdir. Ganimətlərin dövlət malı olduğu və sosial məqsədlərlə istifadə edildiyi izah olunur.
5–28-ci ayələrdə Bedir döyüşü ilə bağlı hadisələr, müminlərin bəzilərinin döyüşə qarşı istəksizliyi, Allahın yardımı və peyğəmbərə itaətin əhəmiyyəti vurğulanır. 33-cü ayədə istiğfarın əzabı uzaqlaşdırdığı, 35–36-cı ayələrdə müşriklərin ibadətlərinin mənasızlığı və Allah yolundan döndərmək üçün sərf etdikləri malların onlara peşmanlıq gətirəcəyi bildirilir. 40-cı ayədə isə Allahın möminlərin həqiqi himayədarı olduğu vurğulanır və cüz tamamlanır.
Doqquzuncu cüz, iman və itaət mövzusunu peyğəmbər hekayələri və Bedir döyüşü nümunəsi ilə izah edir. Musa və digər peyğəmbərlərin mübarizəsi, Allahın yardımı, Quranın dinlənməsi və müharibə zamanı əxlaqi davranışlar bu cüzün əsas mesajlarındandır.
Rəşad Manafov



