Türkiyənin Malatya vilayətinin Yeşilyurt rayonunun Samanköy ərazisində S-70 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 4 hərbçi ölüb.
“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Qəza yerinə çoxsaylı yanğınsöndürmə, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları cəlb olunub.
Ərazidə baş verən kiçikmiqyaslı yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hazırda qəzanın baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının və hərbi qurumların nümayəndələri tərəfindən araşdırma aparılır.



