Günəşdə güclü alışma baş verib

0

Günəşdə çərşənbə axşamı axşam saatlarında gücünə görə ikinci ən yüksək sinifdən əvvəlki M sinfinə aid alışma qeydə alınıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Bildirilib ki, noyabrın 17-də Bakı vaxtı ilə saat 19:49-da 4578 ləkələr qrupunda (S11W66) rentgen diapazonunda M1.1 sinfinə aid, 14 dəqiqə davam edən alışma qeydə alınıb.

Qeyd edək ki, bundan əvvəl Günəşdə qısa fasilədən sonra zəif alışmaların yenidən başladığı bildirilmişdi.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
250 milyon ildən sonra Yer fərqli görünəcək

Təxminən 250 milyon il sonra Yer kürəsinin indiki xəritəsi tamamilə dəyişə bilər. Qitələrin hərəkəti nəticəsində Atlantik okeanı yox ola, bütün...

Bağla