Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin ildönümü qeyd olundu

0

Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 43-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə deputatlar, diplomatlar, ictimai-siyasi xadimlər, media nümayəndələri və digər şəxslər iştirak edib.

Tədbirdə öncə Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycanın Dövlət Himni və İstiqlal Marşı səsləndirilib.

Daha sonra çıxış edən Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin rəhbəri xanım Ufuk Turganer, Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası (ŞKTR) parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxış ediblər.

Çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda və rayonlarda külək güclənəcək

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 19-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu...

Bağla