Azərbaycan-Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı baş tutub

0

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin cari gündəliyi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Bakıda Şimali Kipr Türk Respublikasının müstəqilliyinin ildönümü qeyd olundu

Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 43-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Tədbirdə deputatlar, diplomatlar, ictimai-siyasi xadimlər, media...

Bağla