Komitə sədri Ağstafada məscidləri ziyarət edib

0

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Ağstafa şəhərindəki İmam Əli adına “Cümə” və Dağ Kəsəmən kəndində yerləşən “Eyyub ağa” məscidlərini ziyarət edib.

Məscidlərə baxış zamanı onların fəaliyyəti, ibadət üçün yaradılmış şərait və dini-mənəvi irsin qorunması ilə bağlı məsələlər müzakirə olunub. Komitə sədri ölkəmizdə dini abidələrin mühafizəsi, ibadət məkanlarının təmir və yenidən qurulması istiqamətində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq, paytaxt və regionlarla yanaşı, işğaldan azad edilmiş ərazilərdə də dini abidələrin bərpası, onların tarixi-memarlıq görkəminin özünə qaytarılması və istifadəyə verilməsi diqqət mərkəzində saxlanılır.

Ramin Məmmədov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələrin bu sahədə mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, milli-mədəni kimliyin yaşadılmasına və memarlıq sənəti nümunələrinin qorunmasına yönələn həmin təşəbbüslər xalqımızın zəngin mədəni mirasının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Eyni zamanda, müasir dövrdə maarifləndirmə işinin əhəmiyyəti, informasiya mühitində dini biliklərin düzgün təqdim olunması və sağlam dini mühitin formalaşdırılması məsələlərinə də toxunulub. Bu sahədə təşkil olunan təlim, seminar və digər maarifləndirici tədbirlərin rolu qeyd edilib.

Din xadimləri ölkədə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinə, eləcə də milli-mənəvi dəyərlərin təbliği və dini icmaların fəaliyyətinin dəstəklənməsi istiqamətində göstərilən ali diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
Azərbaycanda yağış yağacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı...

Bağla