Abdulkadir Uraloğlu: “BTQ Çin və Avropa arasında fasiləsiz yük dəhlizinin əsas hissəsidir”

0

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti Çin və Avropa arasında fasiləsiz nəqliyyat dəhlizinin əsas hissələrindən biridir və bu marşrutun Londona (Böyük Britaniya) qədər uzanması potensialı var.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

“Bu xətt üzrə illik 5 milyon ton yük daşınması nəzərdə tutulur. Bu da ölkələrimizin iqtisadi inkişafına və rifahına ciddi töhfə verəcək”, – deyə A.Uraloğlu qeyd edib.

Nazir əlavə edib ki, son dövrlərdə dəniz və su yolu nəqliyyatında yaranan çətinliklər fonunda quru dəhlizlərin, xüsusilə BTQ-nin əhəmiyyəti daha da artıb.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
FHN gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə nazirlikdən məlumat...

Bağla