ABDULQADIR GEYLANİ HƏZRƏTLƏRİNİN BAŞINA GƏLƏN İBRƏTLİ HADİSƏ

0

Şeytanın vəsvəsələrinə, nəfsin pıçıltılarına aldanmamaq lazımdır.

Abdulqadir Geylani Həzrətləri başına gələn bir hadisəni belə rəvayət edir:

“Bir gün gözümün qabağında bir nur peyda oldu. Bu nur bütün üfüqü əhatə etmişdi. Bu nədir? – deyə baxanda, nurdan bir səs gəldi:

“Ey Abdulqadir! Mən sənin rəbbinəm, bu günə qədər yerinə yetirdiyin saleh əməllərdən elə razı qaldım ki, bundan sonra bütün haramları sənə halal qərar verdim.”

Ancaq səs kəsilən kimi mən başa düşdüm ki bu, lənətə gəlmiş şeytanın səsidir. Ona dedim ki, çıx get ey məlun! Göstərdiyin bu nur mənim üçün əbədi qaranlıqdır!

Bundan sonra şeytan dedi ki, Rəbinin sənə bəxş etdiyi hikmət və fərasətlə yenə əlimdən qurtuldun. Halbuki mən bu üsulla yüzlərlə insanı yoldan çıxarmışam.  – dedi və uzaqlaşdı.”

Şeytanın bu hiyləsini necə başa düşdüyünü soruşanlara Abdulqadir Geylani Həzrətləri belə cavab verdi:

“Sənə haramları halal qərar verdim – deməsindən başa düşdüm. Çünki bir qul bir müddət işlədiyi yaxşı işlər və saleh əməllər səbəbilə halal və harama riayət etmək öhdəliyindən azad olsaydı, əvvəla buna Rasulullah (SAV)  nail olardı. Ona da belə bir status verilmədiyinə görə heç kimə verilməyəcək.”

Yəni həyatımızın bütün mərhələlərində şəriətin olması zəruridir.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
AZƏRBAYCANDA QURBAN BAYRAMININ QEYD EDİLƏCƏYİ GÜN AÇIQLANIB

Azərbaycanda Qurban bayramının vaxtı açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev apa-ya açıqlamasında bildirib ki, Zilhiccə ayının 10-u bu...

Bağla