ABŞ-DA İLK DƏFƏ BİR MÜSƏLMAN “DİNİ AZADLIQLAR SƏFİRİ” TƏYİN EDİLDİ

0

Amerika Birləşmiş Ştatlarında (ABŞ) ilk dəfə bir müsəlman ölkənin dini azadlıqlar üzrə xüsusi səfiri təyin edilib.

ABŞ prezidenti Jo Baydenin təqdimatı ilə iyulun 30-da “ABŞ Beynəlxalq Dini Azadlıqlar” səfiri olmaq üçün namizədliyi irəli sürülən Rəşad Hüseyn, Senatın iclasında 5-ə qarşı 85 səs çoxluğu ilə bu vəzifəyə təyin edilib.  

Hindistan əslli müsəlman bir ailənin övladı olaraq ABŞ-ın Vayominq əyalətində dünyaya gələn Rəşad Hüseyn, İslami elmlər, ərəb dili və siyasət sahəsində təhsil alıb və “Yel” universitetinin professorudur.

ABŞ Milli Təhlükəsizlik Şurasında Qlobal Əlaqqələr departamentinin direktoru olan Hüseyn, daha əvvəl də Ədliyyə Nazirliyinin Milli Təhlükəsizlik departamentində fəaliyyət göstərib.

Barak Obama dövründə isə ABŞ-ın İslam Əməkdaşlıq Təşkilatında xüsusi nümayəndəsi və Strateji Terrorla Mübarizə üzrə xüsusi nümayəndəlik vəzifələrini icra edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
TÜRKİYƏ İLƏ AZƏRBAYCAN BİRGƏ DÖYÜŞ TƏYYARƏLƏRİ İSTEHSAL EDƏ BİLƏR

“Milli döyüş təyyarəmizlə bağlı ortaq istehsal üçün qapılarımız bizimlə əməkdaşlıq etmək istəyən ölkələrə açıqdır. Biz Azərbaycan, Pakistan kimi ölkələrlə bu...

Bağla