ABŞ-DA MÜSƏLMAN MƏZARLIĞINI YANDIRMAĞA CƏHD EDİLİB

0

ABŞ-ın Minesota əyalətindəki bir müsəlman qəbristanlığını yandırmaq cəhdinin qarşısı alınıb. Bu barədə “Minesota Amerika-İslam Münasibətləri Şurası” (CAIR-MN) məlumat yayıb.

Məlumatda, əyalətin Kastle-Rok qəsəbəsindəki Məğfirət qəbristanına naməlum şəxslərin 30-a yaxın köhnə avtomobil təkəri yığdığı və yanğın çıxarmaq üçün ərazidəki qaz kəmərini kəsdiyi bildirilib.

CAIR-MN sədri Ceylani Hüseyn, ətrafda yayılan qaz iyinin xəbər verilməsi ilə baş verə biləcək bir partlayışın və yanğının qarşısının alındığını deyib.

“FTB daxil olmaqla yerli, əyalət və federal hüquq-mühafizə orqanlarından müsəlmanlara qarşı bu uğursuz hücumu nifrət cinayəti çərçivəsində araşdırılmasını tələb edirik.” – deyə Hüseyn bildirib.

Sədr, 2017-ci ilin avüust ayında Məğfirət qəbristanlığında bəzi qəbirlərə zərər verildiyini qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
PSİXOTERAPİYA VƏ QƏDƏR İNANCI

Emosional qarşıdurmaları həll edən, bu qarşıdurmalardan qaynaqlanan qayğı və gərginlikləri azaldan, ruhi uyğunlaşma səviyyəsini artıran, fərdlərarası əlaqələri daha yetkin bir...

Bağla