ABŞ-DA UYĞUR TÜRKLƏRİNƏ QARŞI EDİLƏN TƏZYİQLƏR SƏBƏBİLƏ ETİRAZ AKSİYALARI KEÇİRİLİB

0

ABŞ-da yaşayan yüzlərlə uyğur türkü Konqresin binası önündə mitinq keçirib.

Bildirlir ki, türklər Çin hökumətini protest edib.

Əvvəlcə Ağ Evin qarşısında toplaşan etirazçılar Konqres binasına qədər olan 4 kilometrlik yolu polisin təhlükəsizlik tədbriləri altında qət ediblər.

Çin hökumətinə qarşı şüarlar səsləndirən türklərə ABŞ-ın müxtəlif müsəlman təşkilatları da dəstək verib. Etirazçılar Çin hakimiyyətinin uyğur türklərini təzyiq altında saxladığını bildirib və hər zaman onların səsi olacaqlarına söz veriblər.

Dünyanın bir çox ölkəsində Çinin uyğur türklərinə qarşı tətbiq etdiyi təzyiqlərə görə etiraz aksiyaları təşkil edilir. İnsan Haqları Müşahidə Təşkilatının (HRW) hesabatına görə, son iki ildə Sincan Uyğur Muxtar bölgəsində çox sayda insan günahsız yerə həbs edilir. Siyasi baxımdan təhlükəli olduğu iddia edilən şəxslər isə hər hansı məhkəmə qərarı olmadan “Siyasi təlim mərkəzləri” adlanan həbsxanalara göndərilir. 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
MÜSƏLMANLARIN YAŞADIĞI BU BÖLGƏDƏ HİCAB QADAĞAN EDİLDİ, ƏRƏB ƏLİFBASI YIĞIŞDIRILDI

Suriyanın şimalını işğal altında saxlayan PKK/YPG terror təşkilatı şok dəyişikliklər edib.

Bağla