ABŞ-IN MÜDAXİLƏ ETDİYİ BU MÜSƏLMAN ÖLKƏSİNDƏ 2 MİLYON HAMİLƏ QADIN ACLIQDAN ƏZİYYƏT ÇƏKİR

0

Qərbin “bəyənməyib” aldanmış gənclər və hakimiyyət hərisləri vasitəsi ilə yıxdığı Osmanlı dönəmində belə hallar yaşanırdımı?..

Qadın və uşaqların böyük əksəriyyəti gündə bircə dəfə yalnız çörək və su qəbul edirlər …

Davam edən müharibə və qida çatışmazlığı səbəbiylə Yəməndə humanitar böhran dəhşətli miqyasa çatıb.

Bildirlir ki, ölkədə 2 milyona yaxın hamilə və yenicə uşaq dünyaya gətirmiş qadın yetərincə qida qəbul etməməkdən əziyyət çəkir.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunu (UNFPA) internet saytında verilən məlumata görə, Yəməndə yaşanan 4 illik vətəndaş müharibə səbəbiylə hamilə qadınlar böyük çətinliklərlə üzləşib. Qida çatışmazlığı uşaqsalmaların və ölü doğulmuş körpələrin sayını artırır. Ölkədə qadın və uşaqların böyük əksəriyyəti yalnız çörək və su yeyə bilir. Və çox hallarda bu cüzi qida rasionu gündə bircə dəfə qəbul edilir.

BMT-nin məsul şəxsləri isə uşaqsalma və yüksək ölüm risklərinin qarşısını almaq üçün Yəməndə akuşer- mamaların yetişdirilməsinə üstünlük verməkdədir. UNFPA yerli hakimiyyət orqanlarının köməyi ilə 75 min akuşer-mama yetişdirib; 2500 nəfərin bu ixtisas üzrə təhsili hələ də davam edir. Döyüşlərin ən çox olduğu bölgələrdə 120 doğum xəstəxanası açılıb. Həmin klinikalar artıq 2000 hamilə qadını və 1900 körpəni qəbul edib. .

“TRT”-nin son məlumatına görə, hazırda Yəməndə 22 milyon insanın humanitar yardıma ehtiyacı var.
P.S. Bax, budur “ədalətli”, “demokrat” Amerika və Avropanın və onların yetişdirib dəstəklədiyi saxta “müsəlman” ölkəsi olan Səudiyyə Ərəbistanın çirkin siyasət və əməllərinin nəticəsi… Qərbin “bəyənməyib” ermənilər, yunanlar, aldanmış gənclər və hakimiyyət hərisləri vasitəsi ilə yıxdığı Osmanlı dönəmində Yəməndə, Fələstində, İraqda, Suriyada, Liviyada və s. belə hallar yaşanırdımı?..

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
ARTIQ ÖLÜLƏR DƏFN EDİLMƏYƏCƏK – DƏFN XİDMƏTLƏRİ İLƏ BAĞLI QANUNVERİCİLİKDƏ QƏRİBƏ DƏYİŞİKLİK

Belçikanın paytaxtı Brüsseldə dəfn xidmətləri ilə bağlı qanunvericilikdə dəyişiklik olunub və ölən şəxslərin taxta tabutla basdırılması ənənəsi ortadan qaldırılıb. Alınan...

Bağla