ABŞ-IN NÜMAYƏNDƏ HEYƏTİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİB

0

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti martın 4-də Fəxri Xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra Şəhidlər xiyabanına ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı, yəhudi əsilli Albert Aqarunovun xatirəsini anaraq məzarları üzərinə tər çiçəklər düzüblər.

 

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
DİN XADİMLƏRİNDƏN ÇAĞIRIŞ:“MƏSCİDLƏRİ SİYASİ MÜNASİBƏTLƏRİN POLİQONUNA ÇEVİRMƏK OLMAZ”

Səbail rayonunda yerləşən Bibiheybət məscid-ziyarətgah kompleksində din xadimlərinin yığıncağı keçirilib.

Bağla