AFAD rəhbəri: Təbii fəlakətlər zamanı Azərbaycanla Türkiyə arasında əməkdaşlıq var

0

Azərbaycanla Türkiyə arasında təbii fəlakətlər zamanı risklərin azaldılması, təbii fəlakətlər səbəbindən olan dağıntıların aradan qaldırılması istiqamətində birgə əməkdaşlıqlar var və bu istiqamətdə fəaliyyətlər davam edəcək.

Bunu “Report”un Türkiyə bürosuna açıqlamasında Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Ali Hamza Pehlevan bildirib.

O, ötən həftə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin AFAD-da olmasına da diqqət çəkib.

“İki qurum arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi aparılır, birgə təlimlər keçirilir”, – deyə qeyd edib.

SOSİAL ŞƏBƏKƏLƏRDƏ Paylaş

Şərhlər bağlıdır.

Əvvəlki məqaləni oxuyun:
SABAH YAĞIŞ YAĞACAQ

Azərbaycanda dekabrın 3-də havanın yağıntılı keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən...

Bağla